Yuxarı
    Bağlamaq

    ​AŞPA Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb

    Qurum Rusiyanı separatçılara silah tədarük etməkdən çəkinməyə də səsləyib

    Bakı. 29 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə assambleyanın yekun qətnaməsində bildirilir.

    AŞPA, həmçinin Rusiya hakimiyyətini separatçılara silah tədarük etməkdən çəkinməyə, eyni zamanda Ukraynanın şərqində gedən münaqişədə iştirak üçün axın edən rusiyalı könüllülərə qarşı təcili etibarlı tədbirlər görməyə çağırıb.

    Çağırışda Moskvanı Cinayət Məcəlləsinə Rusiya vətəndaşları üzərinə xaricdə gedən silahlı münaqişələrdə iştiraka görə cinayət məsuliyyəti qoyan düzəlişin edilməsi də yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi