Bakı. 29 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə assambleyanın yekun qətnaməsində bildirilir.
AŞPA, həmçinin Rusiya hakimiyyətini separatçılara silah tədarük etməkdən çəkinməyə, eyni zamanda Ukraynanın şərqində gedən münaqişədə iştirak üçün axın edən rusiyalı könüllülərə qarşı təcili etibarlı tədbirlər görməyə çağırıb.
Çağırışda Moskvanı Cinayət Məcəlləsinə Rusiya vətəndaşları üzərinə xaricdə gedən silahlı münaqişələrdə iştiraka görə cinayət məsuliyyəti qoyan düzəlişin edilməsi də yer alıb.