Yuxarı

AŞPA: Ermənistandakı konstitusiya referendumu vətəndaşların ehtiyaclarıyla yox, siyasi maraqlarla şərtlənir"

Keçirilmiş referendum çox sayda vətəndaş tərəfindən mövcud prezidentin hakimiyyətdə qalması üçün vasitə kimi qəbul edilir

Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistanda keçirilən konstitusiya referendumunda nisbətən aşağı seçici fəallığının olması bu referendumun vətəndaşların ehtiyaclarıyla yox, siyasi maraqlarla şərtləndiyini sübut edir. "Report" xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərdən ibarət nümayəndə heyətinin bəyanatında deyilir.

Bəyanatda keçirilmiş referendumun çox sayda vətəndaş tərəfindən mövcud prezidentin ikinci və sonuncu müddətdən sonra da hakimiyyətdə qalması üçün bir vasitə kimi qəbul edildiyi qeyd olunur.

Səsvermə prosesinə gəlincə, nümayəndə heyəti təəssüflə bildirib ki, seçici siyahılarının qeyri-dəqiqliyi, genişmiqyaslı rüşvət halları haqqında bəyanatlar, "karusel" əməliyyatları, seçicilərə təzyiq, icraçı orqanların inzibati resurslardan sui-istifadəsi, seçki komissiyalarının üzvlərinə təzyiq və rüşvətlə ələ alma, ərazi seçki komissiyalarında səslərin sayılmasında ciddi nöqsan halları kimi pozuntular qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi