Yuxarı

​Arda Turan Ankarada törədilən terrorla bağlı dünya liderlərinə müraciət edib

Türkiyə millisinin kapitanı: İndi öyündüyünüz mədəniyyətə uyğun olaraq, lazım olanı edin və ayağa qalxın

Bakı. 14 mart. REPORT.AZ/ "Təzyiqinizi indi göstərin. Çünki bu, sadəcə bizim ağrı-acımız deyil. Terror sadəcə bizə qarşı deyil".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu futbol üzrə Türkiyə millisinin kapitanı, İspaniyanın "Barselona" klubunun oyunçusu Arda Turan Ankarada törədilən terrorla bağlı sosial şəbəkə vasitəsilə dünya liderlərinə müraciətində bildirib.

"Bütün dünyaya müraciət edirəm. Bu, sadəcə bizim problemimiz deyil. Bu hamımızın, sənin, mənim bütün dünyanın problemidir. Terrora qarşı birləşməyin zamanıdır. Bir dünyada torpağa düşən hər can üçün göz yaşı tökdük. Ağrı-acılar sizin ərazilərinizi bürüdüyü zaman sizlərə əl uzatdıq, bərabər ağladıq. İndi öyündüyünüz mədəniyyətə uyğun olaraq, lazım olanı edin və ayağa qalxın. Çünki insanın dəyərini müəyyənləşdirən yaşadığı coğrafiya deyil. İndi mənim ölkəmdə tanımadığınız evlərdə analar, atalar, bacılar, qardaşlar, həyat yoldaşları, uşaqlar ağlayır. İndi təpkinizi göstərin. Mən Türkiyə Cümhuriyyətini təmsil edən bir idmançı olaraq, bunu sizlərdən gözləyirəm. Hamımız bunu gözləyirik", - deyə Arda Turan vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi