Bakı. 20 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Yerevana səfər edəcək.
"Report" xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, o, ermənilərin "soyqırım" tədbirinə qatılacaq.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin həmin gün Çanaqqala Zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək.