Yuxarı

Antalyada avtobusda bomba həyəcanı

Polis əməkdaşları sərnişinləri sürətlə təxliyə edərək, hadisə yerinə minaaxtaranları çağırıblar

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Antalya vilayətindən Diyarbakır şəhərinə səfər edən avtobusa partlayıcı qurğunun yerləşdirildiyə dair məlumat sərnişinlər arasında ciddi həyəcana səbəb olub.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, avtobusu saxlayan polis əməkdaşları sərnişinləri sürətlə təxliyə edərək, hadisə yerinə minaaxtaranları çağırıblar.

Təxminən bir saat davam edən axtarışa xüsusi təlim görmüş itlər cəlb edilib. Bombanın tapılıb tapılmadığına dair məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi