Yuxarı

​Ankara təhlükəsizlik idarələrinin rəisləri xidməti vəzifələrindən kənarlaşdırılıb

Bu addım terrorla bağlı istintaq işinin daha dəqiq aparılması üçün atılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəsizliklə bağlı üç idarəsinin rəisi xidməti vəzifəsindən azad edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda nazirlik məlumat yayıb.

Məlumata görə, bu addım terrorla bağlı istintaq işinin daha dəqiq aparılması üçün atılıb.

Belə ki, Ankara əyaləti Təhlükəsizlik İdarəsinin rəisi, polis kəşfiyyat şöbəsinin başçısı və təhlükəsizlik bölməsinin rəhbəri tutduğu vəzifədən kənarlaşdırılıblar.

Məlumata əsasən, bu tədbir müvəqqəti xarakter daşıyır və qərar istintaq başa çatanadək qüvvədə qalacaq.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada dəmiryol vağzalında törədilən terror hadisəsi nəticəsində 97 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi