Yuxarı

Ankara: Sarqsyanın sözləri qəbuledilməzdir

“Sarqsyanın dövlət xadiminə ağzına yaraşmayan ifadələrini eyni ilə özünə qaytarırıq

Bakı. 1 fevral. REPORT.AZ/ "Ermənistan prezidentinin Çanaqqala döyüşlərinin ildönümü ilə bağlı dəvətə cavabı diplomatik qaydalara ziddir və qəbuledilməzdir. Serj Sarqsyanın dövlət xadiminə ağzına yaraşmayan bu ifadələrini eyni ilə özünə qaytarırıq".

"Report" TRT telekanalına istinadən xəbər verir ki, bu bəyanatı prezident Rәcәb Tayyib Әrdoğanın sözçüsü İbrahim Kalın səsləndirib.

Kalın deyib ki, Türkiyənin Ermənistanla əlaqələri normallaşdırma istiqamətində atdığı bütün addımlara rəsmi Yerevan biganә qalır.

"Ermənistan rəhbərliyi nə 1915-ci il hadisələrinin ədalətli tarix perspektivindən ələ alınmasına, nə də Dağlıq Qarabağın işğalına son verərək Türkiyə və Azərbaycan ilə əlaqələri normallaşdırmağa və beləliklə bölgədə sülh və sabitliyin bәrpasına töhfә verәcәk addımlar atmağa yanaşmır. Bundan әn çox zәrәr çәkәn də elə Ermənistan və ermənilərdir", deyə Türkiyə rəsmisi vurğulayıb.

Qeyd edək ki, Serj Sarqsyana Türkiyə Xarici İşlər Nazirliyindən də sərt reaksiya gəlmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi