Yuxarı

Ankarada qanlı terror aktının törədildiyi meydanın adı dəyişdirilib

99 nəfərin öldüyü ərazi Demokratiya Meydanı adlanacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə paytaxtında qanlı terror aktının törədildiyi meydanın adı dəyişdirilib.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsinin qərarına əsasən, paytaxtın Dəmir Yolu Vağzalının qarşısındakı sahə bundan belə "Demokratiya Meydanı" adlanacaq.

99 nəfərin öldüyü əraziyə "Sülh Meydanı"adının verilməsini təklif edən müxalifət partiyalarının təşəbbüsü isə hakim Ədalət və İnkişaf Partiyası tərəfindən dəstəklənməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi