Yuxarı

​Ankara Cümhuriyyəti Baş Prokurorluğu Fətullah Gülən haqqında həbs qərarı çıxarıb

O, bir ağır sıra cinayətlərdə ittiham edilir

Bakı. 12 avqust. REPORT.AZ/ Ankara Cümhuriyyəti Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində Fətullah Gülən haqqında həbs qərarı çıxarıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, bir sıra ağır cinayətlərdə ittiham edilir. 

Belə ki, Fətullah Gülənə qarşı zor və güc tətbiq etməklə Türkiyədə Cümhuriyyət üsulunu aradan qaldırmaq, dövlət başçısına sui-qəsd, zor və güc tətbiq etməklə Türkiyə Böyük Millət Məclisini aradan qaldırmaq, silahlı təşkilat qurmaq və onu idarə etmək, 246 nəfəri qəsdən öldürmək maddələri üzrə ittiham irəli sürülüb . 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi