Yuxarı

​Alparslan Türkeşin oğlu müvəqqəti hökumətdə təmsil olunmağı qəbul edib

Toğrul Türkeş baş nazir Əhməd Davudoğlunun təklif etdiyi nazir vəzifəsini tutacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu Alparslan Türkeşin oğlu Toğrul Türkeş müvəqqəti hökumətdə təmsil olunacaq.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, MHP-nin Ankara şəhərindən deputatı olan Toğrul Türkeş baş nazir Əhməd Davudoğlunun təklif etdiyi nazir vəzifəsini qəbul edib.

O, bununla bağlı Türkiyə baş nazirinə yazılı cavab verib. Bundan sonra Ə.Davudoğlu ilə T.Türkeş arasında telefon danışığı olub.

Ə.Davudoğlu təklifini qəbul etdiyinə və konstitusiyanın tələbi olan müraciətinə müsbət cavab verdiyi üçün T.Türkeşə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə müvəqqəti hökumətin qurulması ilə bağlı Çankaya köşkündə toplantı keçirilib. Nəticədə müvəqqəti hökumətin siyahısı aşağıdakı kimi müəyyənləşdirilib:

Cümhuriyyət Xalq Partiyasından (CHP) 5 millət vəkili:

Ərdoğan Toprak, Ayşə Gülsün Bilgehan Toker, İlhan Kesici, Dəniz Baykal, Təkin Bingöl.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) 3 millət vəkili:

Ahmet Kenan Tanrıkulu, Toğrul Türkeş, Meral Akşənər.

Xalqların Demokratik Partiyasından (HDP) 3 millət vəkili:

Müslüm Ümdoğan, Levent Tüzel, Ali Haydar Konça.

Kabinetdəki qalan yerlər AKP-yə verilib.

Adları siyahıda yer alan şəxslər sabah yerli vaxtla saat 18:00-dək yazılı cavab verməlidirlər.

Xatırladaq ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğluna müvəqqəti hökuməti qurmağı tapşırıb. 

Artıq CHP-li Ərdoğan Toprak və Təkin Bingöl, həmçinin MHP-li Meral Akşənər və Ahmet Kenan Tanrıkulu müvəqqəti hökumətdə təmsil olunmayacaqlarını açıqlayıblar. HDP-nin hər üç millət vəkili isə məsələyə müsbət yanaşıb və qərarı partiyalarına buraxıblar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi