Yuxarı

​Almaniyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb

Səfirdən Almaniya parlamentinin qondarma erməni soyqırımının tanınmasına dair qəbul etdiyi qətnaməyə görə izahat istənilib və nota verilib

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Səfirdən Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnaməyə görə izahat istənilib və nota verilib. 

Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.

Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi