Almaniya XİN başçısının Rusiya prezidenti ilə şam etməsinin izahatı tələb olunur

Almaniya XİN başçısının Rusiya prezidenti ilə şam etməsinin izahatı tələb olunur “Yaşıllar” hesab edir ki, nazirdən Putinin maraqlarının təmin olunması üçün istifadə edirlər
Region
24 Avqust , 2017 20:33
Almaniya XİN başçısının Rusiya prezidenti ilə şam etməsinin izahatı tələb olunur

Bakı. 24 avqust. REPORT.AZ/ Almaniya xarici işlər naziri Ziqmar Qabrieldən Rusiya prezidenti Vladimir Putinlə şam yeməyi yeməsinə görə yazılı izahat tələb olunur.

“Report” dw-yə istinadən xəbər verir ki, bu haqda Almaniyanın “Yaşıllar” Partiyası hökumətə sorğu göndərib.

İnformasiyaya əsasən, “Yaşıllar” hesab edir ki, nazirdən V.Putinin maraqlarının təmin olunması üçün istifadə edirlər: “O, bu şübhəni dağıtmalıdır”.

Məlumata görə, Partiya parlamentə seçkilər keçirilənədək bu məsələyə aydınlıq gətirilməsini istəyib.

Xəbərdə bildirilib ki, Ziqmar Qabriel bu il iyunun 2-də Sankt-Peterburqda Vladimir Putin və Almaniyanın keçmiş kansleri, Rusiyanın “Rosneft” şirkətinin müşahidə şurasının üzvü Gerhard Şröderlə birlikdə şam yeyib.

“Yaşıllar” hökumətdən həmin görüşdə “Rosneft”in maraqları, “Şimal axını-2” təbii qaz kəmərinin tikintisi, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların yumşaldılması kimi məsələlərin müzakirə olunub-olunmamasına izahat verilməsini tələb ediblər.

Qeyd edək ki, bu il sentyabrın 24- də Almaniyada parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi