Almaniya kansleri: “Terrora qarşı mübarizədə Türkiyəyə yardım etmək lazımdır”

Almaniya kansleri: “Terrora qarşı mübarizədə Türkiyəyə yardım etmək lazımdır” Almaniya kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefona danışığı olub
Region
12 Dekabr , 2016 09:51
Almaniya kansleri: “Terrora qarşı mübarizədə Türkiyəyə yardım etmək lazımdır”

Bakı. 12 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” “DW”-yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin mətbuat katibinin müavini Ulrike Demmer bildirib.

Onun sözlərinə görə, A.Merkel deyib ki, terrora qarşı mübarizədə Türkiyəyə yardım etmək lazımdır. Telefon danışığı zamanı tərəflər terrora qarşı mübarizədə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. 

Almaniya kansleri İstanbulda törədilən terror aktı nəticəsində xəsarət alanlara tibbi yardım etməyə hazır olduqlarını da vurğulayıb.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 41 nəfər həlak olub,154 nəfər yaralanıb.

Şəhid olanlardan 31-i polis əməkdaşıdır. Yaralıların 14-nün vəziyyəti ağırdır.

Terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi