Almaniya Gürcüstanın enerji sektoruna 8 mln. avrodan çox qrant ayıracaq

Almaniya Gürcüstanın enerji sektoruna 8 mln. avrodan çox qrant ayıracaq Almaniya Yenidənqurma Bankı (KFW) Gürcüstanın enerji sahəsində həyata keçiriləcək islahatların dəstəklənməsinə 8 mln. 440 min. avro həcmində qrant ayıracaq.
Region
21 Sentyabr , 2019 10:45
Almaniya Gürcüstanın enerji sektoruna 8 mln. avrodan çox qrant ayıracaq

Almaniya Yenidənqurma Bankı (KFW) Gürcüstanın enerji sahəsində həyata keçiriləcək islahatların dəstəklənməsinə 8 mln. 440 min. avro həcmində qrant ayıracaq.

“Report”un yerli bürosu xəbər verir ki, müvafiq sazişi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini David Tvalabeişvili və KFW-nin Cənubi Qafqaz üzrə regional ofisinin direktoru Kalaus Vigel imzalayıb.

Sənədə əsasən, ayrılacaq vəsait enerji effektivliyi, bərpa olunan enerji mənbələri, qanunvericiliyin təkmilləşdirilməsi kimi müxtəlif sahələrin dəstəklənməsinə yönəldiləcək.

D.Tvalabeişvili bildirib ki, KFW-nin dəstəyi enerji sektorunda planlaşdırılan islahatlar baxımından vacib məqsədlərə çatmaq üçün çox faydalı olacaq.

Son xəbərlər

Orphus sistemi