Almatıda Kunayev küçələrinin adları dəyişdirilir

Almatıda Kunayev küçələrinin adları dəyişdirilir Keçmiş paytaxtın 5 küçəsi Kunayevin adını daşıyır
Region
4 İyul , 2017 11:31
Almatıda Kunayev küçələrinin adları dəyişdirilir

Bakı. 4 iyul. REPORT.AZ/ Almatıda Qazaxıstanın keçmiş Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dinməhəmməd Əhmədoviç Kunayevin adına olan küçənin adı dəyişdirilir.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Almatı hökuməti yanında Onomastik komissiyasından şəhər küçələrinin adlarının dəyişdiləcəyi ilə bağlı məlumatda bildirilib.

Cari il Alamatıda təkrarlanan küçə adları dəyişdiriləcək. Məlumata görə, 457 belə küçə adı var.

“Şəhərə yeni ərazi birləşdirildikdən sonra 12 küçə Abay adına, 13 Jambıl, 6 Kurmanqazı, 5 Kunayev adınadır və s.” , - deyə Almatı şəhəri Onomastika idarəsi dillərin inkişafı üzrə bölmənin başçısı Otepberqen Kalabay deyib.

Qeyd edək ki, Dinməhəmməd Əhməduli Kunayev 1955-ci ildə 1986-cı illərədək Qazaxıstanda müxtəlif dövlət vəzifələrində, habelə 1960-cı ildən 1986-cı ilədək Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi