Ermənistan Dövlət Gəlirləri Komitəsinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan Dövlət Gəlirləri Komitəsinin binası qarşısında etiraz aksiyası keçirilib Ermənistan metal tullantıları ixracatçıları Dövlət Gəlirləri Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər.
Region
8 İyul , 2019 12:13
Ermənistan Dövlət Gəlirləri Komitəsinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan metal tullantıları ixracatçıları Dövlət Gəlirləri Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar Dövlət Komitəsi sədrinin müavini Şuşanik Nersisyanla görüşdən sonra binaya girişi bağlayıblar.

Bildirilib ki, aksiya iştirakçıları metal tullantılarına tətbiq ediləcək dövlət rüsumunun artırılacağına etiraz edirlər. Dövlət rüsumu haqqında yeni qanun layihəsinə əsasən, bir ton metal tullantısına 160 dollar (80 min dram) dövlət rüsumu tətbiq edilməsi planlaşdırılır. Aksiyaçılar isə hesab edirlər ki, bu məbləğdə rüsumun tətbiqi firmaları müflisləşdirəcək. 

Son xəbərlər

Orphus sistemi