AKP və MHP Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təkliflər paketinin mətnini razılaşdırıb

AKP və MHP Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təkliflər paketinin mətnini razılaşdırıb Sənəd dekabrın 9-da və ya dekabrın 10-da ölkə parlamentinə təqdim ediləcək
Region
8 Dekabr , 2016 21:47
AKP və MHP Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təkliflər paketinin mətnini razılaşdırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketinin mətnində razılığa gəlib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, sənəd dekabrın 9-da və ya dekabrın 10-da Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək. 

Qeyd edək ki, Türkiyədə Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendumun 2017-ci il aprelin 23-də keçiriləcəyi gözlənilir. AKP və MHP-dən olan 351 millət vəkilinin səs verməsi nəticəsində konstitusiyaya əlavə və dəyişikliklər parlamentdə qəbul ediləcək, daha sonra sənəd referendumda xalqın səsverməsinə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi