Yuxarı

AKP və MHP liderləri arasında görüşün tarixi açıqlanıb

Əhməd Davudoğlu Dövlət Bağçalı ilə avqustun 17-də ölkə parlamentində bir araya gələcək

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında ölkədə koalisiya hökumətinin qurulması istiqamətində keçirilməsi planlaşdırılan görüşün tarixi açıqlanıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, tərəflər avqustun 17-də Bakı vaxtı ilə saat 16:00-da ölkə parlamentində bir araya gələcəklər.

Qeyd edək ki, Türkiyədə koalisiya hökumətinin qurulması istiqamətində səylərini davam etdirən Ə.Davudoğlu Cümhuriyyət Xalq Partiyası (CHP) ilə danışıqlar nəticəsiz başa çatdıqdan sonra avqustun 13-də D.Bağçalıya görüşmək istəyini bildirib 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi