​AKP-nin parlament sədrliyinə namizədinin adı açıqlanıb

​AKP-nin parlament sədrliyinə namizədinin adı açıqlanıb O, 61-ci hökumətdə müdafiə naziri olub
Region
26 İyun , 2015 15:06
​AKP-nin parlament sədrliyinə namizədinin adı açıqlanıb

Bakı. 26 iyun. REPORT.AZ/ Ədalət və İnkişaf Partiyası (AKP) İsmət Yılmazın namizədliyini Türkiyə Böyük Millət Məclisinin sədrliyinə irəli sürüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

AKP sədri və baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu deyib ki, iki nəfər namizəddən ən çox səsi İsmət Yılmaz qazanaraq parlament sədrliyinə namizəd olub.

İsmət Yılmaz Türkiyənin Sivas bölgəsindən millət vəkilidir. O, 1961-ci ildə anadan olub. 61-ci hökumətdə müdafiə naziri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi