AKP-ni təmsil edən bələdiyyə sədri FETÖ-yə üzv olmaqda şübhəli bilinərək tutulub

AKP-ni təmsil edən bələdiyyə sədri FETÖ-yə üzv olmaqda şübhəli bilinərək tutulub Mustafa Külünkoğlunun istintaqı davam edir
Region
21 Sentyabr , 2016 10:15
AKP-ni təmsil edən bələdiyyə sədri FETÖ-yə üzv olmaqda şübhəli bilinərək tutulub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyənin Rize əyalətinin Rize Çayeli rayonunun Böyükköy bələdiyyəsi sədrliyindən istefa verən Mustafa Külünkoğlu Fətullhaçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinərək həbs edilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüdür.

Məlumata görə, M.Külünkoğlu Fətullah Gülənə yaxınlığı ilə tanınır və Rize Sənayeçi İş Adamları Dərnəyinə də bir müddət sədrlik edib.

O, iki il yarım əvvəl bələdiyyə sədri seçilib və 10 gün əvvəl istefa verib.

Məlumata görə, M.Külünkoğlunun istintaqı davam edir. 

Son xəbərlər

Orphus sistemi