​Ağ Ev Netnyahunun Konqresdəki çıxışına etiraz edib

​Ağ Ev Netnyahunun Konqresdəki çıxışına etiraz edib Martın 17-də İsraildə parlament seçkiləri keçiriləcək
Region
2 Mart , 2015 09:38
​Ağ Ev Netnyahunun Konqresdəki çıxışına etiraz edib

Bakı. 2 mart. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-a səfər edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, martın 3-də onun ABŞ Konqresində İranın atom-nüvə problemindən də danışacağı gözlənilr. Həmin çıxış prezident Barak Obama administrasiyası ilə razılaşdırılmayıb, bu isə müəyyən narazılığa səbəb olub.

İsrailin baş naziri hesab edir ki, anlaşmalar İranı atom silahı yaratmaqdan çəkindirə bilməyəcək.

Xatırladaq ki, martın 17-də İsraildə parlament seçkiləri keçiriləcək. Aparılan sosioloji rəy sorğularının nəticələrinə əsasən, Netanyahunun başçılıq etdiyi "Likud" Partiyasının ciddi rəqabətlə üzləşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi