Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub Leytenant Oğuz Kaan Usta şəhid olub
Region
23 Yanvar , 2018 15:47
Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.

“Afrin əməliyyatında ikinci hərbçimiz, leytenant Oğuz Kaan Usta şəhid oldu. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Terrorun kökünü kəsənə qədər mübarizə aparacağıq”, - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatlarına başlayıb. Əməliyyatların ikinci günündə Türkiyə ordusunun hərbçisi Musa Özalkan şəhid olmuşdu. 

Son xəbərlər

Orphus sistemi