Yuxarı

​ABŞ vətəndaşı İrana casusuluq etdiyini boynuna alıb

Məhkəmə yekun qərarı bu il mayın 20-də çıxaracaq

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ-ın "F-35" qırıcıları haqda materialları İrana ötürən ABŞ vətəndaşı günahını etiraf edib.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, o, ABŞ-ın müdafiə sənayesində işləyən mühəndis Müzəffər Xazaeyidir.

Birləşmiş Ştatların Hərbi Prokurorluğu həmin şəxsi "Silah ixracatı" qanununu pozaraq, "F-35 Lightning II" qırıcısının proqarmı haqqında məlumatları İrana ötürməkdə ittiham edib. M.Xazaeyini 20 il müddətinə həbs cəzası gözləyir.

Məlumatda bildirilib ki, 60 yaşlı İran əsilli mühəndis günahını etiraf edərək, materialları İrana ötürdüyünü bildirib. Onun barəsində məhkəmə yekun qərarı bu il mayın 20-də çıxaracaq.

İstintaq zamanı M.Xazaeyinin 2009-cu ildə əldə etdiyi materialları İrandan olan bir nəfərə verdiyi məlum olub. O bu il yanvarın 9-da ABŞ-da "Newark" Hava Limanında Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən tutulub.

Məlumatda vurğulanıb ki, "F-35 Lightning II" "F-16" qırıcılarını əvəzləyəcək. ABŞ tarixində ən bahalı müdafiə layihəsi sayılan bu proqrama 400 milyard dollar xərclənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi