Yuxarı
    Bağlamaq

    ​ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib

    İkitərəfli görüş 50 dəqiqə sürüb

    Bakı. 1 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit çərçivəsində Ağ evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, ikitərəfli görüş 50 dəqiqə sürüb.

    Görüşdə regoinal təhlükəsizlik, terrora qarşı mübarizə və qaçqınlarla bağlı iki ölkə arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib.

    Barak Obama Türkiyənin terrorçuluğa qarşı mübarizəsini dəstəklədiyini vurğulayıb. Prezidentilər İŞİD-ə qarşı birgə mübarizəni gücləndirməyi və bu terrorçu qruplaşmanın məhv edilməsinə yönəlik fəaliyyəti gücləndirmək üçün görüləcək işlərdən də danışıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi