ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırılıb

ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırılıb Onlara xəbərdarlıq edilib
Region
14 Oktyabr , 2015 14:50
ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırılıb

Bakı. 14 oktyabr REPORT.AZ/ ABŞ-ın Türkiyədəki səfiri Con Bass və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Report" xəbər verir ki, bu barədə "RİA-Novosti" Türkiyə diplomatik idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Ankara Moskva və Vaşinqtonu PYD-yə (PKK-nın Suriyadakı qolu) hərbi yardım göstərməkdə ittiham edib.

"Dünən ABŞ və Rusiya səfirləri XİN-ə çağırılıb və Kürd demokratik ittifaqına hərbi yardım göstərilməsinin yolverilməz olduğu haqqında xəbərdar ediliblər", - Türkiyə XİN-dən bildirilib. 

Son xəbərlər

Orphus sistemi