Yuxarı

​ABŞ və Avropa İttifaqı hər il Ermənistana 70 milyon dollar pul verib

Məlumata əsasən, qrant hökumətin çeşidli layihələrinin maliyyələşdirliməsinə xərclənib

Bakı. 31 avqust. REPORT.AZ/ ABŞ və Avropa İttifaqı son 8 ildə (2006-2014-cü illərdə) Ermənistan hökumətinə 542 milyon dollar qrant verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, qrant hökumətin çeşidli layihələrinin maliyyələşdirilməsinə xərclənib. Xəbərdə həmin sahələr haqda ətraflı məlumat verilməyib.

Qeyd edək ki, ABŞ və Çin son 10 ildə Ermənistan Müdafiə Nazirliyinə 45 milyon 500 min dollar məbləğində qrant verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi