Yuxarı

ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına PUA verəcək

ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına PUA verəcək
ABŞ ordusunun məsul təmsilçisi bildirib ki, bu aparatlar üçün bölgədə 6 yer qurulacaq

Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı qolları “YPG” və “PYD”yə (ABŞ-ın təklifi ilə adlarını dəyişib “Suriya Demokratik Gücləri” qoyublar) Pilotsuz Uçan Aparat (PUA) verəcək.

“Report” Haber7-yə istinadən xəbər verir ki, PUA-dan istifadəni onlara öyrətmək məqsədi ilə ABŞ-ın Suriyanın Ayn-əl-Ərəb (Kobani) rayonundakı hərbi bazasından 9 hərbi müşavir də ezam olunub.

İnformasiyaya əsasən, həmin PUA-lardan terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə olunacaq.

Məlumata görə, veriləcək aparatların sayı hələlik müəyyənləşməyib. Ancaq məsələ ilə bağlı açıqlama verən ABŞ ordusunun məsul təmsilçisi bildirib ki, PUA üçün bölgədə 6 yer qurulacaq.

Qeyd edək ki, Suriyanın şimalında terrorçu PKK qruplaşması qollarının nəzarətində olan ərazilərdə ABŞ 7 hərbi baza qurub. Son 16 ayda ABŞ onlara müasir silahlarla təchiz edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi