Yuxarı

ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır”

ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır”

Bakı. 19 yanvar. REPORT.AZ/ “YPG PKK-nın siyasi qanadıdır və PKK ilə bağlılığı var. Bununla bağlı açıq və konkret dəlillər mövcuddur. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemi həll etməliyik”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan ABŞ-ın hakim Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem deyib.

Türkiyə rəhbərliyi ilə keçirdiyi görüşlərin yekunlarına dair mətbuat konfransında danışan senator bildirib ki, rəsmi Vaşinqtonun ABŞ-la birlikdə İŞİD-ə qarşı mübarizə aparanlara borcu var: “İrəli getmək, naliyyət əldə etmək üçün şansımız var. Yol verdiyimiz səhvləri düzəltmək üçün isə şansımız və zamanımız tükənir, ona görə də Türkiyəyə gəlmişəm”.

L.Qrem vurğulayıb ki, terrorçu İŞİD qruplaşması hələ də dağlarda gizlənir: “Prezident Donald Trampa ABŞ-ın əvvəlki prezidenti Barak Obama kimi səhvə yol verməməsi üçün xəbərdarlıq etmişdim. ABŞ Müdafiə Nazirliyinin Baş qərargah rəisi, general-mayor Cozef Danford YPG-nin Türkiyədən uzaqlaşdırılması istiqamətində fəaliyyət göstərir, bununla bağlı bir layihəsi var. Barak Obama YPG-ni silahlandırıraq Türkiyə üçün kabus yaratdı”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi