Yuxarı

​ABŞ səfirliyi vətəndaşlarını Türkiyənin 19 bölgəsinə getməməyə çağırıb

Diplomatik nümayəndəlik vətəndaşlarına Türkiyənin Suriya ilə sərhəd rayonlarına da səfər etməməyi məsləhət görüb

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ-ın Türkiyədəki səfirliyi öz vətəndaşlarına Türkiyənin 19 şəhərinə səfər etməməyi məsləhət görüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, səfirlik ABŞ vətəndaşları və diplomatik missiyada işləyənləri Türkiyənin Hatay, Kilis, Qaziantep, Şanlıurfa, Şırnak, Diyarbəkir, Van, Siirt, Muş, Mardin, Batman, Bingöl, Tunceli, Hakkari, Bitlis, Elazığ, Adana, İzmir və Muğla bölgələrinə səfər etməməyə çağırıb.

İnformasiyaya əsasən, səfirlik vətəndaşlarına Türkiyənin Suriya ilə sərhəd rayonlarına da səfər etməməyi məsləhət görüb.

Xəbərdə bu xəbərdarlıq ABŞ vətəndaşlarının terrora məruz qala biləcəyi ehtimalı ilə əsaslandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi