Yuxarı
    Bağlamaq

    ABŞ MKİ-nin yeni direktoru Mayk Pompeo Türkiyədə səfərdədir

    PKK, PYD, FETÖ məsələsi də müzakirə ediləcək

    Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Mayk Pompeo Türkiyədə səfərdədir.

    “Report” “Cümhuriyet”ə istinadən xəbər verir ki, bu, onun xarici ölkəyə ilk rəsmi səfəridir.

    Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair məsələlər, o cümlədən terrorçu PKK qruplaşması və onun Suriyadakı qolu PYD-nin fəaliyyəti, habelə Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

    Əlli üç yaşlı Mayk Pompeo Respublikaçılar Partiyasına aid Çay Partiyası Hərəkatının üzvüdür. 2011-ci ildən 2017-ci ilə qədər, MKİ-nin direktoru təyin olunanadək Konqresdə Kanzası təmsil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi