ABŞ MKİ-in direktoru və keçmiş dövlət katibi Türkiyəyə gəlsələr həbs olunacaqlar

ABŞ MKİ-in direktoru və keçmiş dövlət katibi Türkiyəyə gəlsələr həbs olunacaqlar Türkiyə ABŞ-ın 17 keçmiş və indiki dövlət məmurunu dövlət çevirilişinə cəhddə ittiham edir
Region
14 Aprel , 2017 16:27
ABŞ MKİ-in direktoru və keçmiş dövlət katibi Türkiyəyə gəlsələr həbs olunacaqlar

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan, habelə qurumun aparıcı əməkdaşları Qrem Fuller, Herni Barki, prokuror Prit Bharara, Mixael Rubin Türkiyə ərazisinə daxil olacaqları halda həbs ediləcəklər.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul şəhər Prokurorluğu onları Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda və 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə ittiham edir. 

İttiham olunanlar arasında ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauel də var. Məlumata görə, Türkiyə ümumilikdə ABŞ-ın 17 keçmiş və indiki dövlət məmurunu FETÖ ilə əməkdaşlıqda və 2016-cı il iyulun 15-də dövlət çevirilişində iştirakda ittiham edir. 

Son xəbərlər

Orphus sistemi