ABŞ Milli Kəşfiyyat İdarəsi 2018-ci ildə potensial təhdidləri açıqlayıb

ABŞ Milli Kəşfiyyat İdarəsi 2018-ci ildə potensial təhdidləri açıqlayıb Rusiya, Çin, İran və KXDR bütün il boyunca ABŞ üçün əsas kiber təhdidlər olacaq
Region
7 Mart , 2018 18:02
ABŞ Milli Kəşfiyyat İdarəsi 2018-ci ildə potensial təhdidləri açıqlayıb

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya və Çin təsir qüvvələrini genişləndirməyə, siyasi və iqtisadi üsullarla ABŞ-ın dünyadakı təsirini zəiflətməyə davam edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutsun martın 6-da ABŞ Senatına təqdim etdiyi dünyada ABŞ üçün təhdidlər barədə olan hesabatında deyilir.

"Rusiya və Çin ABŞ üçün uzunmüddətli perspektivdə qlobal təhdid rolunu oynayacaq. ABŞ-ın digər rəqibləri isə Birləşmiş Ştatların uzunmüddətli regional maraqlarına təhdid olacaqlar", - hesabatda vurğulanır.

Eyni zamanda Rusiya, Çin, İran və KXDR-in bütün il boyunca ABŞ üçün əsas kiber təhdidlər olacağı göstərilib.

Son xəbərlər

Orphus sistemi