​ABŞ kəşfiyyat idarəsinin nümayəndələri Gürcüstanda olub

​ABŞ kəşfiyyat idarəsinin nümayəndələri Gürcüstanda olub Görüş zamanı tərəflər əldə edilmiş nailiyyətləri və gələcək planları müzakirə ediblər
Region
10 Mart , 2015 13:53
​ABŞ kəşfiyyat idarəsinin nümayəndələri Gürcüstanda olub

Bakı. 10 mart. REPORT.AZ/ Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Tiflisdə ABŞ Federal Təhqiqat Bürosunun (FBR) təmsilçiləri ilə görüşüb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Görüş zamanı tərəflər əldə edilmiş nailiyyətləri və gələcək planları müzakirə ediblər.

Məlumatda bildirilib ki, tərəflər təcrübə mübadiləsinin vacibliyindən, ABŞ hökumətinin dəstəyi ilə gerçəkləşdirilən layihələrdən danışıblar. Görüşdə beynəlxalq cinayətkarlığa, terrorçuluğa, kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı məsələlər də müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi