Yuxarı
    Bağlamaq

    ABŞ-ın vitse-prezidenti Türkiyənin baş nazirinə zəng edib

    Cozef Bayden İstanbul və Mardində törədilmiş terror aktlarında həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib

    Bakı. 9 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ilə ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, C.Bayden iyunun 7-də İstanbulda, növbəti gün isə Mardində törədilmiş terror aktlarında həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyib.

    Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə olub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi