Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın Türkiyədəki səfiri PYD ilə bağlı bəyanata görə XİN-ə çağırılıb

    Con Kirbi Vaşinqtonun kürdlərin Demokratik İttifaq Partiyasını terror təşkilatı hesab etmədiyini bildirib

    Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların nümayəndəsi Con Kirbinin Vaşinqtonun Suriya kürdlərinin "Demokratik İttifaq" Partiyasını terror təşkilatı hesab etməməsinə dair bəyanatından sonra ABŞ-ın Ankaradakı səfirini idarəyə çağırıb.

    "Report" xəbər verir ki, bu barədə Türkiyə XİN-in əməkdaşına istinadən "Reuters" məlumat yayıb.

    Rəsmi Ankara "Demokratik İttifaq"ı muxtariyyət hüququ uğrunda Türkiyə hakimiyyəti ilə mübarizə aparan və Türkiyə, ABŞ, Avropa İttifaqında terror təşkilatı sayılan PKK-nın bir hissəsi hesab edir. Eyni zamanda Birləşmiş Ştatlar Suriyada İŞİD-ə qarşı mübarizədə sözügedən türkləri dəstəkləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi