​ABŞ-ın Türkiyədəki səfiri PYD ilə bağlı bəyanata görə XİN-ə çağırılıb

​ABŞ-ın Türkiyədəki səfiri PYD ilə bağlı bəyanata görə XİN-ə çağırılıb Con Kirbi Vaşinqtonun kürdlərin "Demokratik İttifaq" Partiyasını terror təşkilatı hesab etmədiyini bildirib
Region
10 Fevral , 2016 06:57
​ABŞ-ın Türkiyədəki səfiri PYD ilə bağlı bəyanata görə XİN-ə çağırılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların nümayəndəsi Con Kirbinin Vaşinqtonun Suriya kürdlərinin "Demokratik İttifaq" Partiyasını terror təşkilatı hesab etməməsinə dair bəyanatından sonra ABŞ-ın Ankaradakı səfirini idarəyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə XİN-in əməkdaşına istinadən "Reuters" məlumat yayıb.

Rəsmi Ankara "Demokratik İttifaq"ı muxtariyyət hüququ uğrunda Türkiyə hakimiyyəti ilə mübarizə aparan və Türkiyə, ABŞ, Avropa İttifaqında terror təşkilatı sayılan PKK-nın bir hissəsi hesab edir. Eyni zamanda Birləşmiş Ştatlar Suriyada İŞİD-ə qarşı mübarizədə sözügedən türkləri dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi