Yuxarı
    Bağlamaq

    ABŞ-ın terrorçu “YPG”yə ötürəcəyi silah-sursatla bağlı Türkiyəyə verdiyi təminat açıqlanıb

    Terrorçu “PYD”yə veriləcək silahların İŞİD-ə qarşı mübarizədən sonra geri alınmayacağı bildirilmişdi

    Bakı. 11 may. REPORT.AZ/ ABŞ terrorçu PKK-nın Suriyadakı qolu “YPG”yə ötürəcəyi silah-sursatla bağlı Türkiyəyə təminat verib.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-səfər edən Türkiyənin rəsmi nümayəndə heyəti bildirib.

    ABŞ Türkiyədən gedən nümayəndə heyətinə “YPG”yə silah-sursatı yalnız terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə verdiklərini bir daha bildirib.

    ABŞ-ın Türkiyəyə verdiyi təminat aşağıdakı kimidir:

    1.“YPG”yə veriləcək silahların hamısı sayılacaq və qeydə alınacaq;

    2.Silahların sayı, vacibliyi əməliyyata uyğun olacaq. Sadəcə, yetərli sayda silah veriləcək. Onlardan istifadəyə ABŞ hərbçiləri nəzarət edəcək;

    3.Verilən silahların başqa bir yerdə istifadə edildiyi ortaya çıxarsa, o zaman bütün silah ötürülməsi dayandırılacaq;

    4.Rakka (İŞİD-in özünə paytaxt elan etdiyi Suriya şəhəri - “Report”) əməliyyatı bitər-bitməz "YPG"nin əlindəki bütün ağır silahlar alınacaq;

    5.Rakka azad edildikdən sonra bu şəhərdə “YPG” üzvləri qalmayacaq. Şəhərin idarə edilməsi və təhlükəsizliyi suriyalı ərəblərə həvalə ediləcək.

    Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrian terrorçu PKK-nın Suriyadakı başqa bir qolu “PYD”yə veriləcək silahların bir hissəsinin Suriyada oldğunu və İŞİD-ə qarşı mübarizədən sonra onların geri alınmayacağını bildirmişdi.

    Xatırladaq ki, mayın 16-17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da rəsmi səfərdə olacaq. Səfər zamanı onun Donald Trampla ABŞ-ın terrorçu “YPG” və “PYD”yə ötürdüyü və ötürəcəyi silahlarla bağlı məsələni də müzakirə edəcəyi gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi