Yuxarı
    Bağlamaq

    ABŞ-ın müdafiə naziri: "Rusiyaya qarşı sərt və balanslaşdırılmış münasibəti saxlamağı planlaşdırırıq"

    Eşton Karter NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısına qatılmaq üçün Avropaya gəlib

    Bakı. 22 iyun. REPORT.AZ/ "ABŞ və NATO-dakı müttəfiqləri Rusiya ilə ciddi fikir ayrılığının uzunmüddətli xarakter daşıyacağı qənaətindədir və bu mərhələdə Moskva ilə sərt və balanslaşdırılmış münasibət qurmaq niyyətindədir".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Avropaya səfər edərkən, təyyarədə jurnalistlərlə söhbətində deyib.

    Məlumata görə, Pentaqonun başçısı bu həftə Almaniya və Estoniyaya səfər edəcək. İyunun 24-25-də isə o, NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısına qatılacaq.

    E.Karter deyib ki, müdafiə nazirləri toplantıda Rusiyanın Ukraynaya qarşı münasibətinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik sahəsində yaranan yeni şəraitə uyğunlaşmanın vacibliyini müzakirə edəcəklər: "Şəraitə uyğunlaşma dedikdə Vladimir Putinin dövründə, yaxud bir az sonra Rusiyanın dəyişib-dəyişməyəcəyinin mümkünlüyünü nəzərdə tuturam".

    Müdafiə naziri bildirib ki, ona görə də ABŞ bir sıra vacib məsələlərdə, o cümlədən İranın nüvə proqramı üzrə danışıqlarda və terrorçuluğa qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq edir: "ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı sərt və balanslaşdırılmış münasibəti saxlamağı planlaşdırır, eləcə də Avropada NATO dövlətlərinin təhlükəsizliyini gücləndirməyi nəzərdə tutur".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi