ABŞ-ın Kiyevdəki səfirliyinin ərazisində partlayış olub

ABŞ-ın Kiyevdəki səfirliyinin ərazisində partlayış olub Polisin sözçüsü: “Ukrayna bu partlayışı terror aktı adlandırıb”
Region
8 İyun , 2017 09:54
ABŞ-ın Kiyevdəki səfirliyinin ərazisində partlayış olub
Unian.net

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ-ın Kiyevdəki səfirliyinin ərazisində partlayış olub.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda Kiyev şəhər polis idarəsinin sözçüsü Oksana Blişik "Facebook" səhifəsində yazıb.

“ABŞ-ın Kiyevdəki səfirliyinin ərazisində törədilən partlayışı Ukrayna terror aktı adlandırıb”, - deyə sözçü yazıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, partlayış naməlum şəxsin səfirliyin ərazisinə partlayıcı qurğu atması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi