Yuxarı

​ABŞ-ın dövlət katibi Qazaxıstanda səfərdədir

Nursultan Nazarbayev ölkəsinə ABŞ-ın 500 şirkətinin sərmayə qoyduğunu deyib

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Qazaxıstanda səfərdədir.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-ın dövlət katibini ölkə paytaxtı Astanada qəbul edib.

Qazaxıstan lideri bu yaxınlarda ABŞ-da prezident Barak Obama ilə görüşünü xatırladaraq deyib: "Müstəqilliyimizin 24 ili tamam olur. 24 ildir ölkənizlə əməkdaşlıq edirik. Qazaxıstan xalqı dövlətimizin suverenliyi və iqtisadiyyatımızın inkişafını dəstəklədiyi üçün ölkənizə təşəkkür edir".

N.Nazarbayev ölkəsində ABŞ-ın 500 şirkətinin sərmayə qoyduğunu vurğulayıb.

Amerikalı diplomat iki ölkə arasındakı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi