Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri qısa müddətə Gürcüstanda səfərdə olub.
“Report” “Frontnews”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xəbərdə bildirilib ki, o, Gürcüstanın xarici işlər nazirinin müavini David Zalkaliani ilə görüşüb.
“Görüşdə ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb. Nazir müavini ABŞ hakimiyyətinə və şəxsən Con Kerriyə ikitərəfli əlaqələrin dərinləşməsi istiqamətində göstərdikləri səylərə görə, təşəkkürünü bildirib”, - nazirliyin məlumatında qeyd olunub.
Xəbərdə vurğulanıb ki, Con Kerri Gürcüstan hakimiyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, Con Kerri dövlət katibi kimi Gürcüstana ilk dəfə 2016-cı ilin iyulunda səfər edib.