ABŞ İranın tanınmış generalının qardaşına sanksiya tətbiq edib

ABŞ İranın tanınmış generalının qardaşına sanksiya tətbiq edib O, Evin həbsxanasında siyasi məhbusların hüquqlarını tapdamaqda ittiham olunur
Region
14 Aprel , 2017 19:25
ABŞ İranın tanınmış generalının qardaşına sanksiya tətbiq edib

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın Maliyyə Nazirliyi İran İnqilab keşikçiləri Qvardiyasının “əl-Qüds” qoşununun komandanı general Qasım Süleymaninin qardaşı Söhrab Süleymanini sanksiya tətbiq edilənlər siyahısına daxil edib.

“Report” Anadolu agentlyinə istinadən xəbər verir ki, bunu Ağ evin təmsilçisi Şon Spayser bildirib.

Söhrab Sülyemani əvvəllər Tehran Həbsxanaları İdarəsinin sədri işləyib. İndi isə İranın Həbsxanalar İdarəsində şöbə müdiridir. O, Evin həbsxanasında siyasi məhbusların hüquqlarını tapdamaqda və ya bu qanun pozuntusunda iştirak etməkdə ittiham olunur.

Şon Speyser deyib ki, İran həbsxanalarında xarici ölkələrin çoxlu sayda vətəndaşı, o cümlədən ABŞ vətəndaşları Siyamək və Bağır Namazi hələ də saxlanılır. Ağ evin təmsilçisi Tehranı xarici ölkələrin bütün vətəndaşlarını təcili azad etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi