ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək
Region
- 12 noyabr, 2018
- 12:37
Tbilisi. 12 noyabr. REPORT.AZ/ ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində hərbi aerodrom inşa edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ ABŞ Nəqliyyat Komandanlığının komandanı, general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze və müdafiə naziri Levan İzoria ilə Tbilisidə keçirdiyi görüşlərdə müzakirə olunub.
Görüşlərdə bildirilib ki, hərbi aerodromun tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.
Tərəflər həmçinin ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini və həyata keçirilən birgə layihələri də nəzərdən keçiriblər.
Son xəbərlər
21:41
İran ABŞ ilə razılaşma barədə Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır
Region21:29
Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq
Energetika21:15
Foto
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək
Region21:02
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Xarici siyasət21:01
"Sabah" basketbol komandası Litvada ilk yoxlama oyununu keçirib
Komanda20:56
Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:44
ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr20:30
"Evdə tək 2" filminin ulduzu Tim Karri vəfat edib
Şou-biznes20:16