İstanbulda ​ABŞ əsgərlərinin başına çuval keçirən gənclər cəzalandırılıb

İstanbulda ​ABŞ əsgərlərinin başına çuval keçirən gənclər cəzalandırılıb Hadisə ilə bağlı birliyin 13 üzvü mühakimə edilirdi
Region
6 May , 2016 13:42
İstanbulda ​ABŞ əsgərlərinin başına çuval keçirən gənclər cəzalandırılıb

Bakı. 6 may. REPORT.AZ/ İstanbulda yerləşən 71 saylı ABŞ Hərbi Donanmasının iki əsgərinin başına çuval keçirən Türkiyə Gənclər Birliyinin (TGB) 5 üzvünün hər biri 4 min türk lirəsi (təxminə 2060 manat) məbləğində cərimələnib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərarı İstanbul məhkəməsi çıxarıb.

Məlumata görə, hadisə ilə bağlı birliyin 13 üzvü məhkəmə qarşısına çıxarılıb.

Xatırladaq ki, 2014-cü ilin noyabrın 12-də İstanbul şəhərinin Eminönü rayonunda baş verən hadisə zamanı birliyin üzvləri ABŞ-ın iki əsgərinin başına çuval keçirmiş, “Yanke Go Home”, “Məhv olsun Amerika imperializmi” şüarlarını səsləndirərək, həbrçilərin üstünə qırmızı boya atmışdılar.

Qeyd edək ki, 2003-cü ilin iyulun 4-də İraqın Süleymaniyyə şəhərində ABŞ-ın 173-cü Hava Qüvvələrinin əsgərləri Türkiyə xüsusi təyinatlılarının qərargahına basqın edərək, Türkiyənin 3 zabit və 8 baş gizirin başına çuval keçirmişdi. Bu əməli törədənlər indiyədək cəzalandırlmayıb. 

Son xəbərlər

Orphus sistemi