Yuxarı

​ABŞ Ermənistandakı bir sıra proqramları maliyyələşdirməyi dayandırır

USAİD-ın Ermənistan ofisinin başçısı Karen Hilliard fəaliyyətlərini davam etdirəcəklərini bildirib

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ hakimiyyəti beynəlxalq aləmdəki çeşidli problemləri nəzərə alaraq, bəzi ölkələrdə, o cümlədən Avropa dövlətlərində və Ermənistanda həyata keçirdiyi proqramların maliyyələşdirilməsinin azaldılması haqda qərar qəbul edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bu ölkənin baş naziri Ovik Abramyanla görüşdə bildirib.

Görüşdə tərəflər bir sıra regional və qarşılıqlı maraq kəsb edən məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USİAD) Ermənistandakı proqramının bağlanacağı haqda xəbər yayılmışdı. Qurumun Ermənistan ofisinin başçısı Karen Hilliard fəaliyyətlərini davam etdirəcəklərini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi