ABŞ dövlət katibinin köməkçisi Moskvada məsləhətləşmələr aparıb

ABŞ dövlət katibinin köməkçisi Moskvada məsləhətləşmələr aparıb Viktoriya Nuland Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşüb
Region
18 May , 2016 14:17
ABŞ dövlət katibinin köməkçisi Moskvada məsləhətləşmələr aparıb

Bakı. 18 may. REPORT.AZ/ ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Moskvada səfərdədir. 

"Report" TASS-a istinadən xəbər verir ki, ABŞ diplomatı Rusiyanın Xairici İşlər Nazrilyində məsləhətləşmələr aparıb.

O, keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, görüşlərdə Ukraynanın şərqində təhlükəsizlik məsələlərini və Minsk razılaşmasının başqa aspektlərini müzakirə ediblər.

V.Nuland vurğulayıb ki, Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının həyata keçirilməsi ABŞ və Rusiya arasında münasibətlərə müsbət təsir edəcək.

ABŞ diplomatı Rusiya xairic işlər nazirinin müavini Sergey Ryabkovla da görüşüb.  

Məlumata görə, V.Nuland XİN-dəki görüşdən əvvəl Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla məsləhətləşmələr aparıb.

Son xəbərlər

Orphus sistemi