Yuxarı

​ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İrandan BMT-yə şikayət edib

Dörd ölkə Tehrana qarşı tədbir görülməsini tələb edir

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İranın BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozması haqda quruma birgə yazılı müraciət ünvanlayıblar.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

"Biz əminik ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasına qarşı uyğun tədbir görülməsi və məsələni araşdırmaq üçün bu informasiya komitəyə yardım edəcək", - deyə müraciətdə bildirilib.

Məlumata əsasən, BMT Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi 1929 saylı qətnamə İrana ballistik raket proqramı üzrə fəaliyyət göstərməyi qadağan edir.

Qeyd edək ki, oktyabrın 10-da Tehran "İmad" ("Dayaq") adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib. İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, bu, ballistik raketlərin yeni nəslinə aiddir və bütünlüklə ölkəsində hazırlanıb. Həmin raketlərin uçuşu 1700 km.-dir. Ballistik raket 750 kq ağırlığında nüvə başlığı daşıya və 500 metrlik məsafədə yerləşən hədəfi dəqiq vura bilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi