ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub

ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub İranın HHM qüvvələri PUA-nı aşkarlayaraq ona xəbərdarlıq edib
Region
29 Avqust , 2016 15:22
ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-a məxsus pilotsuz uçan aparat (PUA) İran hava məkanına daxil olub.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran Hava Hücumundan Müdafiə  Qüvvələri  (HHMQ) ölkənin hava məkanına daxil olmuş PUA aşkar edib.

"İran Hava Hücumundan Müdafiə Qüvvələri bazar ertəsi ölkənin şərqindən hava məkanına daxil olan ABŞ-a məxsus PUA aşkarlayaraq ona hava məkanını təcili tərk etməklə bağlı xəbərdarlıq edib. PUA Əfqanıstandan gəlib. Aparat sonradan İranın hava məkanını tərk edib", - İran hərbçilərinin bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi