​78 yaşlı Fransa vətəndaşını qətlə yetirmiş erməni tutulub - FOTO

​78 yaşlı Fransa vətəndaşını qətlə yetirmiş erməni tutulub - FOTO Gevork X. həmin qadının var-dövlətini də ələ keçirib
Region
16 Aprel , 2015 13:49
​78 yaşlı Fransa vətəndaşını qətlə yetirmiş erməni tutulub - FOTO

Bakı. 16 aprel. REPORT.AZ/ Fransa vətəndaşı olan 78 yaşlı Monik Xarlın qətlində şübhəli bilinən 48 yaşlı erməni Gevork X. hadisədən 4 il sonra saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, qətl hadisəsi 2011-ci ildə Ermənistanın Parakar kəndində baş verib. Qətlə yetirilən fransız qadın Ermənistana Gevork X. ilə birlikdə gedib. Bir müddət sonra kənddə qaldığı evdə onun cəsədi aşkarlanıb.

İstintaqın gedişində məlum olub ki, Gevork X. Fransa vətəndaşının bank kartını oğurlayıb. 2012-ci ilin yanvarında isə o, Monik Xarlın Mərakeşin Marrakeş şəhərindəki evinə köçür və onun bütün var-dövlətini ələ keçirir.

Gevork bu il aprelin 15-də İnterpol tərəfindən tutularaq, Kasablanka - Moskva - Yerevan reysi ilə Ermənistana aparılıb. 

Son xəbərlər

Orphus sistemi